çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Türkiyəli futbol hakimləri koronavirusa yoluxub

07.04.2020 13:49 Oxundu 585


Türkiyəli futbol hakimlərində koronavirus infeksiyasının simptomları aşkarlanıb.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Zekeriya Alp açıqlama verib.

O, iki referidən götürülən testlərin nəticəsinin müsbət olduğunu bildirib. MHK sədri hər iki hakimin karantin altında olduğunu və yaxşılaşdığını əlavə edib.