cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Almaniyanın daha bir klubu məşqlərə başlayıb

07.04.2020 15:48 Oxundu 530


Almaniyanın “Hannover” klubu məşqləri bərpa edib.

Cempion.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məşq zamanı futbolçular iki və dörd nəfərlik qruplara ayrılıb və sosial məsafəni qoruyaraq çalışıblar.

Koronavirus pandemiyasına görə 2-ci Bundesliqa qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Almaniyada “Bavariya” və “Şalke” klubları da məşqləri bərpa etmişdi.