07.04.2020 16:00
513


Ukrayna "Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev gəzintidən sonra səhhətinin pis olmasından şikayətlənib.
Cempion.az xəbər verir ki, 35 yaşlı əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi bu barədə "İnstagram” hesabından paylaşım edib.
Daha öncə koronavirus pandemiyasını "feyk” adlandıran Əliyev izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub: "Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam".