cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Nazarovun gələcək taleyinə aydınlıq gəlib

07.04.2020 17:00 Oxundu 525


Almaniyanın “Aue” klubu millimizin üzvü Dmitri Nazarovun komandadakı gələcək taleyi ilə bağlı qərarını açıqlayıb.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Aue təmsilçisi 30 yaşlı yarımmüdafiəçini komandada saxlamaq qərarına gəlib. Bildirilib ki, koronavirus səbəbindən yaranan böhrana baxmayaraq, Dmirti Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise komandada qalacaq.

Qeyd edək ki, millimizin üzvünün "Aue” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.