07.04.2020 16:49
546

Belçika yığmasının üzvü Yannik Karrasko karyerasını "Milan"da davam etdirə bilər.
Cempion.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İcarə əsasında "Atletico"da çıxış edən futbolçu müqavilə ilə Çininn "Dalian" klubuna məxsusdur. 26 yaşlı oyunçunun "Milan"ın maraq dairəsinə düşdüyü bildirilir. Ancaq belçikalı futbolçunun "Atletico"dan ayrılmaq fikri yoxdur. O, yenidən Madrid təmsilçisinin formasını geyinmək istədiyini bildirib.
Qeyd edək ki, İtaliya təmsilçisinin Karraskoya 3 illik müqavilə təklif etdiyi qeyd edilib.