cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın  vitse-prezidenti koronavirusundan sağaldı

07.04.2020 19:00 Oxundu 512


Türkiyənin "Qalatasaray" klubunun vitse-prezidenti Abdurrahim Albayrak koronavirusdan sağalıb.

Cempion.az "NTV Spor"a istinadən xəbər verir ki, bir müddət öncə xəstəxanadan evə buraxılan İstanbul klubunun rəsmisinin sonuncu testinin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, daha öncə "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin və klub rəsmisi Yusuf Günayın koronavirusa qalib gəldiyi bildirilib.