cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" gənc qolkiper transfer etdi - FOTO

08.04.2020 10:07 Oxundu 509


İngiltərənin "Mançester Yunayted" klubu Çexiya "Simqa"sının qapıçısı Radek Viteklə müqavilə bağlayıb.

Cempion.az xəbər verir ki, bu barədə Olomouts təmsilçisinin idman direktoru Ladislav Minar klubun rəsmi saytına bildirib. Minar bu sözləşməni "Siqma" üçün böyük şərəf, oyunçunun özü üçün isə böyük imkan adlandırıb. Lakin o, transferin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Radek Vitek "Simqa"nın müxtəlif yaş qrupları üzrə komandalarında forma geyinib. Onun 1,98 metr boyu var.