cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Premyer Liqada arzuolunmaz itki

08.04.2020 11:51 Oxundu 513


İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü vaxtından əvvəl tamamlanacağı təqdirdə, çempionatın hansı itkilərə məruz qalacağı bəlli olub.

Cempion.az xəbər verir ki, bu barədə Premyer Liqanın baş direktoru Riçard Masters “Sky Sports”a açıqlama verib. O, bildirib ki, mövsüm başa çatmasa, 1 milyard funt sterlinq itirəcəklər. 

Qeyd edək ki, İtaliyanın “Udineze” klubunun idman direktoru Pyerpaolo Marino İngiltərə Premyer Liqası rəhbərliyinin mövsümü vaxtından əvvəl tamamlamağa hazırlaşdığını açıqlayıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.