08.04.2020 12:43
563

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.
Cempion.az “Football Espana”ya istinadən xəbər verir ki, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib.
Lakin bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu əsasında həbs olunub. Məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb.