cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Maldini koronavirusuna qalib gəldi

08.04.2020 19:00 Oxundu 516


Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi, “Milan” klubunun texniki direktoru Paolo Maldini koronavirusa qalib gəlib.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçudan götürülən son testin nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, Maldini ilə yanaşı, onun 18 yaşlı oğlu, “Milan”da çıxış edən Daniel də koronavirusa yoluxmuşdu. Amma kiçik Maldininin koronavirusdan sağaldığı hələ bir neçə gün öncədən bəlli idi.

Paolo və Daniel Maldinidə koronavirus aşkarlandığı martın 21-də açıqlanmışdı.