cümə, 09 may 2025

BİZİM FUTBOL

Azərbaycanda can verən daha bir stadion - FOTOLAR

09.04.2020 12:00 Oxundu 638


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aparılan yenidənqurma işləri haqda mütəmadi məlumatlar veririk.

Cempion.az xəbər verir ki, Sumqayıtda daha bir stadion var.

Söhbət "İnşaatçı" stadionundan gedir. 1950-ci illərdə inşa olunmuş stadion uzun illər ölkənin ən öncül stadionlarından olub, elita və kubok oyunlarına ev sahibliyi edib. Əksər klublarımız burada təlim-məşq toplanışında olub. Çox təəssüf ki, hazırda sözügedən stadion dağılmaq təhlükəsi ilə üz-üzədir. "İnşaatçı"nın hazırkı durumunu özündə əks etirən fotoları sizə təqdim edirik: