cümə, 09 may 2025

BİZİM FUTBOL

“Qəbələ” akademiyasında ixtisarlar gözlənilmir

09.04.2020 15:49 Oxundu 508


Koronavirus səbəbindən ölkə klublarının ciddi maddi sıxıntı çəkəcəyi heç kimə sirr deyi. Çünki bütün klublara sponsorlar pul ayırır ki, onların da gəlirləri kəsilib. "Qəbələ" də bu durumdadır.

Lakin Cempion.az-a daxil olan məlumata görə, klubun maddi sıxıntıya düşməsi futbol akademiyasının fəaliyyətinə ciddi təsir etməyəcək.

Belə ki, akademiyada heç bir ixtisar aparılmayacaq və heç kimin maaşı kəsilməyəcək.