cümə, 09 may 2025

BİZİM FUTBOL

Tovuzda futbol hakimləri döyüldü, qan töküldü - VİDEO

09.04.2020 16:00 Oxundu 662


Bu kadrlar 2011-ci ilin kadrlarıdır.

Cempion.az xəbər verir ki, Azərbaycan Premyer-Liqasının 2011-12-ci illər mövsümünün 15-ci turu çərçivəsində keçirilən "Turan" - "Qarabağ" oyunundan sonra hakimlər hücuma məruz qalmışdı.

Belə ki, Tovuzdakı qarşılaşma başa çatandan sonra naməlum şəxslər görüşün baş hakimi Rauf Cabbarov və onun köməkçilərinin üzərinə hücum çəkmiş, onlara ciddi xəsarət yetirmişdilər.

Oyunda "Turan" 0:1 hesabıyla məğlub olmuşdu.