cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Özilin meneceri futbolçulara məsləhət verdi: "Maaşların azaldılmasına razılıq verməyin"

09.04.2020 16:23 Oxundu 523

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özilin meneceri Erkut Sögüt "The Sun"a açıqlamasında koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyəti dəyərləndirib.

Cempion.az xəbər verir ki, Sögüt futbolçuların böhran vəziyyətində maaşlarının azaldılmasına razılıq verməsinin düzgün addım olmadığını bildirib:

"Oyunçulara maaşların azaldılmasına razılıq verməmələrini məsləhət görərdim, çünki sabah nə olacağını bilmirik. Mövsüm başa çatacaqmı? Klubların sponsorluq müqavilələri qüvvədə qalacaqmı? Bu kimi sualların cavablarını bilmirik. Biz proseslərin klublara necə təsir etdiyini altı aydan erkən öyrənə bilmərik.

Hesab edirəm ki, ödənişlərin təxirə salınması yaxşı seçimdi. Lakin maaşların azaldılmasına razılıq verməyə dəyməz, çünki klubların keçənilki qədər gəlir əldə etmək ehtimalı hələ də var.

Siyasətçilər futbolçulara dəstəklərini təklif edirlər. Ancaq bu yolla diqqətləri öz üzərlərindən yayındırmağa çalışırlar, çünki onlar həkimləri belə, qorumağa qadir deyillər. Xeyriyyəçilik məqsədi ilə bu qədər pul bağışlayan oyunçuları xəsislikdə günahlandırmaq asandı".