cümə, 09 may 2025

BİZİM FUTBOL

Kane "Neftçi"dən gedir?

09.04.2020 17:00 Oxundu 525


"Neftçi”nin müdafiəçisi Mamadu Kane klubu tərk edə bilər.
 
Cempion.az-ın məlumatına görə, 23 yaşlı qvineyalı yarımmüdafiəçinin xidmətində İsrail klubu "Hapoel İroni” maraqlıdı. 

Kiryat-Şmona şəhərinin təmsilçisinin yaxın vaxtlarda Azərbaycan klubuna müraciət edəcəyi gözlənilir.