cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Roma" türkiyəli hücumçunu satmaq istəyir

09.04.2020 17:47 Oxundu 539


Koronavirus epidemiyasından ağır zərbə alan “Roma” aparıcı futbolçularından biri Cengiz Ünderlə yolları ayırmaq istəyir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "canavarlar" türk oyunçunu satmaqla maddi problemini qismən həll etmək niyyətindədir.

Qeyd edək ki, Cengiz hazırda İngiltərə, Almaniya komandalarının maraq dairəsindədir.