487
Londonun "Arsenal" komandasının baş məşqçisi Arsen Venqer Premyer liqada növbəti mövsümün daha çətin keçəcəyini vurğulayıb. Venqerin sözlərinə görə, hazırda Premyer liqada ambisiyalı komandaların sayı çoxdur və bu da mövbəti mövsümün gərgin mübarizə şəraitində keçəcəyini söyləməyə imkan verir.
Arsen Venqer: "Bizi ən çətin və gərgin mübarizə gözləyir. Çünki Premyer liqadakı komandaların arasında təcrübəli, dünyada tanınan baş məşqçilərin çalışdırdığı klubların sayı çoxdur. Bu da daha çox komandanın çempionluq uğrundakı mübarizəyə qoşulması deməkdir. Belə vəziyyətdə hər xal komandalar üçün əsl qızıl demək olduğu anlamına gələcək. Ona görə də "Arsenal" indidən çempionata ciddi şəkildə hazırlaşır. Amma bu mövsümün də sürpriz komandası ola biləcəyini istisna etmirəm",- deyib.
Xatırladaq ki,İngiltərə Premyer liqasında mövsümi avqustun 14-də start veriləcək. Həmin gün "Arsenal" öz meydanında "Liverpul"u qəbul edəcək.
Hazırladı: Əziz Mustafa