cümə, 09 may 2025

DÜNYA FUTBOLU

İbrahimoviç sahib olduğu klubla məşqə çıxdı - ŞƏKİL

09.04.2020 19:30 Oxundu 558


İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç ölkəsi İsveçin "Hammarbü" komandasının heyətində məşqə çıxıb.

Cempion.az xəbər verir ki, həm 39 yaşlı hücumçu, həm də klub hazırlıq prosesindən çəkilmiş şəkilləri sosial şəbəkə hesablarından paylaşıb.

Təcrübəli forvardın məşqlərdə qonaq qismində iştirak etdiyi bildirilib.

Koronavirus pandemiyasına baxmayaraq, İsveçdə komandaların kollektiv məşq etmələrinə və azarkeşsiz yoldaşlıq oyunları keçirmələrinə icazə verilir.

 

 

Qeyd edək ki, Zlatan İbrahimoviç "Hammarbü" klubunun səhmlərinin 25 faizinin sahibidir.