09.04.2020 19:51
504


Almaniya təmsilçisi "Herta Berlin" komandasının yeni baş məşqçisi bruno Labbadia oldu.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 54 yaşındakı çalışdırıcı bazar ertəsi günündən etibarən klubun qalan 9 oyununa hazırlayacaq.
"Herta" 25 turdan sonra 28 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Xəbərdə bildirilir ki, Labbadiaya Erdinç Sözer və Olaf Yanssen köməklik edəcək.
Qeyd edək ki, baş məşqçi bundan əvvəl Almaniyanın ''Bayer Leverkusen'', ''Hamburq'' və ''Ştutdqart'' klublarını çalışdırıb.