cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Çelsi"nin futbolçusu alman nəhənglərinin hədəfində

09.04.2020 20:45 Oxundu 523


"Çelsi"nin müdafiəçisi Antonio Rüdiqer karyerasını Almaniyada davam etdirə bilər.

Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, "Bavariya" və Dortmund "Borussiya"sı Rüdiqeri heyətinə qatmaq istəyir. Hər iki klubun rəsmi təklif hazırladığı bildirilir.
 
Almaniya millisinin üzvünün çıxışından məmnun olan "Çelsi" rəhbərliyi isə ona yeni müqavilə təklif etmək niyyətindədi. Sözləşmənin 2023-cü ilə kimi nəzərdə tutulduğu bildirilir. Koronavirus pandemiyası səbəbindən yaranan vəziyyətlə əlaqədar danışıqlar dayanaıb.

Qeyd edək ki, Rüdiqer 2017-ci ildə 35 milyon avro qarşılığında "Roma"dan "Çelsi"yə transfer olub.