şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Daha bir klub maaşları azaltdı

09.04.2020 22:40 Oxundu 524


İspaniyanın “Selta” klubu koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar futbolçularının və məşqçilərinin maaşını azaldıb.

Cempion.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, koronavirusun yaratdığı böhranın kluba təsirini azaltmaq məqsədilə futbolçularla və məşqçilər korpusunun üzvləri ilə yeni müqavilə imzalanıb.

Bu razılıq həm əsas, həm də əvəzedici komandanın məşqçi və futbolçuları ilə əldə olunub.