şənbə, 10 may 2025

DÜNYA FUTBOLU

Messidən transfer iddialarına cavab

10.04.2020 09:00 Oxundu 516

"Barselona"nın arqentinalı ulduz futbolçusu Messi klubdan ayrılacağı barədə yayılan xəbərlərin yalan olduğunu bildirib.

Cempion.az xəbər verir ki, bu barədə futbolçu özü "Instagram" səhfəsində məlumat yayıb. Messi İtaliyanın "İnter" klubuna transfer olacağı barəsində çıxan xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.

Bundan əlavə Messi Arqentinanın "Old Boys" klubuna gedəcəyinin də yalan olduğunu bildirib.

Qeyd edək ki, Messinin klub rəsmiləri ilə yaşadığı prablemlərə görə, "Barselona"nı tərk edəcəyi deyilirdi.