10.04.2020 12:00
900


Yari Litmanen. Finlandiya futbolunun dünya futboluna bəxş etdiyi əvəzsiz sima. Bir vaxtlar heç kimin tanımadığı futbolçu gənc yaşlarında uzaq və soyuq Skandinaviyadan Hollandiyaya, Amsterdama gəldi və buradan dünyaya parladı. Yəqin ki, futbol azarkeşləri dərhal ötən əsrin 90-ci illərindəki möhtəşəm “Ayaks”ı və onun möhtəşəm ulduzlarını xatırladılar. Litmanen, ümumiyyətlə, sözün əsl mənasında hücumçu olub. Fiziki göstəricilərinin yüksək olması, əla qol duyumu, başla oynamaq bacarığı, hər iki ayaqla qüvvətli zərbələrə malik olması onun bir hücumçu kimi qısa zamanda parlamasını labüd edirdi. Bu futbolçu haqqında daha ətraflı məlumatlara keçməmişdən öncə qeyd edək ki, Yarinin anadan olduğu Finlandiya heç də futbol ölkəsi sayılmır. Bunu hər kəs gözəl bilir ki, digər Skandinaviya ölkələrində olduğu kimi, bu ölkədə də insanların əsas maraq obyekti qış idman növüdür. Məsələn, Finlandiyada elə insane tapmaq olmaz ki, hokkeyin heyranı olmasın. Bundan başqa finlər buz üstündə sürüşməyi, xizəksürməni də çox sevirlər. Təsadüfi deyil ki, Finaldniyada bütün ailələrinin evində xizək var. Hətta hər ailə üzvü ayrıca xizəyə sahibdir. Çünki ilin böyük qismi qarlı keçdiyindən insanlar da öz əyləncələrini dağlıqlarda, qar təpələrində sürüşməklə keçirirlər. Bütün bunlara baxmayaraq, təbii ki, futbol da dünya idmanının şahı olaraq, öz möhrünü Litmanenin vətənində də qoyub. Maraq üçün qeyd edək ki, futbol ölkəsi olmayan Finaldniyanın paytaxtı Helsinkidə 60 000 nəfərlik tutuma malik böyük olimpiya stadionu var, hansı ki Azərbaycan milli komandası da bir neçə dəfə buraya səfər edib. Elə Azərbaycandan söz düşmüşkən Finlandiya və Litmanen bizə də yad isimlər deyil. Çünki rəsmi oyunlarda finlərlə bir neçə dəfə qarşılaşmışıq və ən böyük uğurumuz 2007-ci ilin aprelində bu rəqibi Bakıda 1:0 hesabıyla məğlub etməyimiz olub. Məhz həmin oyunda Litmanenin baş məşqçisi tərəfindən sonradan “döyüş”ə atılsa da, artıq yaş öz sözünü dediyindən veteran hücumçu heç nə ilə yadda qalmamışdı. Lakin daha öncəki qarşılaşmalarda eks “Ayaks”lı azərbaycanlı müdafiəçiləri və qapıçıları da məyus etməyi bacarmışdı. Məsələmn, ilk dəfə DÇ-98-in seçmə qrup mürhülüsəndü finlərlə üz-üzə gəldik. 1997-ci ildə Bakıda ekçirilən və Finlandiya yığmasının 2:1-lik qələbəsi ilə başa çatan qarşılaşmada komandamızın qapısına vurulan qollardan birinin müəllifi də məhz Litmanen olmuşdu. Hansı ki, həmin vaxt o, “Ayaks”ın döyünən ürəyi idi. Beləliklə, gəlin bu günkü qəhrəmanımızı daha yaxından tanıyaq. Beləliklə, Yari Litmanmen 20 fevral 1971-ci ildı Finlandiyanın Lahti şəhərində anadan olub. Futbola doğma şəhərində başlasa da onu məhz “Ayaks” klubu üzəı çıxardı. Bu arada Yari “Ayaks”dan başqa “Barselona” və “Liverpul” kimi komandaların da formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib.
İlk dövrlər

İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə “Ayaks”ın məşqçisi tərəfindən kəşf edilir və “Ayaks”ın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyl etdirir. Bir mövsüm “Ayaks”ın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Lui Van Qaal Litmaneni əsas heyətə daxil edirdi.
“Ayaks”

1994-cü ildə “Ayaks”ın əsas heyyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə “Ayaks”, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyyətində Patrik Kluvert, Klaren Zedorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı. Bir sonraki il çempionlar liqasında 9 qol vuraraq bombardir olur. Bu Finlandiya futbol tarixi üçün də bir ilk idi. Yari Litmanen çempionlar liqasını, və çempionlar liqasında bombardir olmuş ilk finlandiyalı futbolçudur.
“Ayaks”dan ayrılış

1999-cü ilə çatılmışdı artıq, Litmanen geridə qalan 7 mövsümdə “Ayaks”a 4 liqa, 3 kubok, 1 çempionlar liqası və daha neçələrlə kubok qazandırmışdı. Ancaq artıq ayrılıq zamanı idi. Luiz Fan Qaal, “Barselona”nın məşqçisi olmuşdu. Litmanen də onu kəşf edən məşqçi ilə 1999-cu ildə Barselonaya ödənişsiz transfer oldu. Ancaq Barselonada istədiyi futbolu oynaya bilmədi. Tez-tez zədələnir oyunlardan və məşqlərdən çox geri qalırdı. Bunun nəticəsi kimi 2001-ci ildə Litmanen, Liverpula transfer oldu. “Liverpul”da yaxşı oyun oynayan Litmanen sezonu yene kubokla bitirməyi başardı. “Liverpul” 2001-ci ilin UEFA Kubokuna sahib oldu.
“Ayaks”a qayıdış

Litmanen 2002-ci ildə yenidən “Ayaks”a geri dönür, Ayaksa tərəfdarları onu böyük sevgi ilə qarşılayırlar. Litmanen 2004-cü ilə qədər “Ayaks”da qalır. Litmanenin 2-ci 2Ayaks” macərasında ağıllarda Romaya attığı qol qaldı.
Yenidən Lahtidə
2004-cü ildə Litmanen ilk futbola başladığı kluba - Lahtiyə qayıdır. Bir il bu komandada qaldı.
Almaniya səfəri
“Lahti”dəki futbolu alman klubu “Hanza” diqqətini cəlb edir və 2005-ci ilin qış dövründə Litmanen “Hanza” ilə bir il yarımlıq müqavilə imzalayır. Ancaq çempionatın sonunda “Hanza” ikinci diviziyada mübarizə aparmaq məcburiyyətində qalır. Litmanen isə “Hanza”dan ayrılır.
Litmanen İsveçdə
Litmanenin bu dəfəki səfəri isə İsveçə olur. Birici diviziya klublarından “Malmö” ilə iki illik müqavilə imzalayır. Litmanen burada yaxşı futbol nümayiş etdirir.
“Fulhem” macərası
2007-ci ildə Litmanen “Malmö”dən ayrılır. Bir il klubsuz qaldıqdan sonra keçmiş Finlandiya məşqçisi Roy Hocson, onu “Fulhem”ə dəvət edir. Litmanen “Fulhem” forması ilə şəkil də çəkdirir. Ancaq son anda “Fulhem” rəhbərliyə onunla futbolçu kimi yox, məşqçi kimi müqavilə bağlamaq niyətlərinin olduğunu açıqlayır. Litmanen isə bir neçə il daha futbol oynamaq istədiyi deyir. Və “Fulhem”in təklifini qəbul etmir.
3-cü dəfə Lahtidə
“Fulhem” ilə razılaşa bilməyən Litmanen, köhnə klubu “Lahti” ilə üçüncü dəfə müqavilə imzalayır. Litmanen 2010-cu ilə qədər bu klubda qalır. Əlindən gələni etsə də, klubu 2-ci diviyaya düşməsinə maneə ola bilmir. Üçüncü “Lahti” səfərindən ağıllarda qalan ən əsas qol isə Litmanenin başı üzərindən vuruduğu qol oldu.
40 yaşında HJK-da
Litmanen 2011-ci ilin aprel ayında 1991-ci ildə oynadığı HJK Helsinki klubu ilə 1 illik müqavilə imzalayır və karyerasını da bu klubda başa vurur.
Qazandığı naliyyətlər:
Finlandiya Kuboku - 1992
Hollandiya Ligası (Everdivizie) Çempionu - 1994, 1995, 1996, 1998, 2004
Hollandiya Kuboku - 1993, 1998, 1999
Hollandiya Super Kuboku - 1993, 1994, 1995
İngiltərə Super Kuboku - 2001
İngiltərə Federasiya Kuboku (FA Cup) - 2001
Vortington Kuboku - 2001
Çempionlar Liqası - 1995
UEFA Kuboku - 2001
Avropa Super Kuboku - 1995, 2001
Qitələrarası Kubok - 1995

Şəxsi naliyyətləri:
Finlandiyada İlin futbolçusu - 1990, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 2000
Finlandiya Çempionatıinda İlin futbolçusu - 1990
Finlandiyada İlin idmançısı - 1995
Hollandiyada İlin futbolçusu - 1993
Dünyanın ən yaxşı futbolçusu sıralamasında 8-ci - 1994
Dünyanın ən yaxşı futbolçusu sıralamasında 3-cü (1-ci Corc Vea) - 1995
Hollandiya çempionatının bombardiri - 1993-1994
Çempionlar Liqası bombardiri - 1995
Finlandiya millisinin ən çox forma geyən futbolçusu
Finlandiya millisinin ən çox qol vuran futbolçusu