cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Norveçli hücumçu "Napoli"nin hədəfində

10.04.2020 12:50 Oxundu 500

İtaliyanın "Napoli" klubu bu mövsüm "Trabzonspor"da yaxşı oyunu ilə seçilən Aleksander Sörlotu heyətinə cəlb etmək istəyir.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında "Trabzonspor"da çıxış edən, müqavilə ilə Ingiltərənin "Kristal Pelas" klubuna aid olan norveçli hücumçunu "Napoli" klubu Milikin yerinə transfer etmək istəyir.

Qeyd edək ki, norveçli qolçu bu mövsüm çıxdığı 39 oyunda 25 qol vurub.