bazar, 11 may 2025

DÜNYA FUTBOLU

"Barselona"nın 6 üzvü istefa verib

10.04.2020 18:47 Oxundu 508


İspaniyanın "Barselona" klbunun İdarə Heyətinin 6 üzvü vəzifələrini tərk edib. 

Cempion.az "La Vanguardia" nəşrinə istinadən xəbər verir ki, funksionerlər koronavirus pandemiyası zamanı klubu idarə edə bilməmələri və sosial şəbəkələrdə ulduz futbolçu Lionel Messinin tənqid olunması barədə işlərlə əlaqədar istefa veriblər. 

Bildirilib ki, Emili Ruso, Enrike Tombas, Silvio Elias, Mariya Teyşidor, Jozep Pont və Jordi Klasamilya klubdan ayırıb.