bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Sörlot Almaniya nəhənginin hədəfində

10.04.2020 21:00 Oxundu 510


Almaniyanın “Bavariya” klubu hücumçu axtarışlarını davam etdirir.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya təmsilçisinin namizədlərindən biri Türkiyə “Trabzonspor”unda çıxış edən Aleksander Sörlotdur.

24 yaşlı təcrübəli hücumçu müqavilə ilə İngiltərə “Kristal Pelas”ına məxsusdur. Lakin o, 2021-ci ilin yayınadək Türkiyə təmsilçisinə icarəyə verilib.

Qeyd edək ki, Aleksander Sörlot bu mövsüm 39 oyuna 25 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 19 qolla Türkiyə Super Liqasının bombardiridir. Hücumçunun “Kristal Pelas”la sözləşməsi 2022-ci ilin yayında bitir.