10.04.2020 21:30
562


"Atletiko Madrid"in əfsanəvi futbolçusu Migel Jones koronavirusdan həyatını itirib.
Cempion.az xəbər verir ki, klubun rəsmi sayıtından verilən açıqlamada bunlar deyilib: "Migel Jonesin ölüm səbəbinə görə yasdayıq. Futbolçumuz həmişə ürəyimizdə olacaq".
Xatırladaq ki, Jones "Atletiko Madrid"dəki karyerası ərzində 1 çempionluq, 3 dəfə də İspaniya kubokunun qalibi olub.
Qeyd edək ki, 1962-ci ildə oynanılan "Atletiko Madrid" - "Fiorentina" qarşılaşmasında Migel 1 qol vuraraq adından söz etdirmişdir.