bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Rüştü Reçber koronavirusa qalib gəlib

10.04.2020 23:00 Oxundu 548


Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusdan sağalıb.

Cempion.az xəbər verir ki, bu barədə veteran qapıçının həyat yoldaşı İşıl Reçber “İnstagram” hesabı vasitəsilə məlumat yayıb.

O, Rüştünün sonuncu analizinin nəticəsinin mənfi çıxdığını açıqlayıb.

Qeyd edək ki, oyunçu karyerası ərzində “Fənərbaxça” və “Beşiktaş”, eləcə də İspaniya “Barselona”sının formasını geyinmiş Rüştü hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır.