11.04.2020 12:00
571

"Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ölkəsində yaşadığı yeri dəyişib.
Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, ailəsi ilə birgə yaşadığı Madeyra adasındakı villasında qalmaqdan bezdiyi üçün yeni ev kirayələyib. 35 yaşlı oyunçunun karantin günlərinin qalan hissəsini yeni villada keçirəcəyi bildirilib. Ronaldonun iki mərtəbəli villa üçün həftəlik 4 milyon avro ödədiyi bildirilir.
Üzü Atlantik okeanına tərəf olan villada 7 yataq otağı, geniş zal, televiziya otağı, böyük hovuz, oyun zalı olduğu bildirilir.