bazar, 11 may 2025

BİZİM FUTBOL

“Zirə”nin futbolçusu Tottiyə qarşı oynamasından danışdı

11.04.2020 17:00 Oxundu 516


“Zirə”nin futbolçusu Alvaro Ampuero “Parma”da çıxış etdiyi vaxt “Roma”nın əfsanəsi Françesko Tottiyə qarşı oyunu yada salıb.

Cempion.az xəbər verir ki, perulu futbolçu 2013-cü ilin 13 martında “Parma”da debüt matçını məhz “Roma”ya qarşı keçirib.

Alvaro ölkəsinin mətbuatına müsahibəsində deyib: “Totti ilə meydanda danışmadım, forma da istəmədim. Sadəcə, ona qarşı oynamaqla arzum həyata keçmişdi. Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam".