çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Yuventus" Buffonla müqaviləni uzadır

11.04.2020 20:10 Oxundu 518


İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.

Cempion.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

"Qoca sinyora" Buffonla yanaşı, komandanın müdafiəçisi Corcio Kyellini ilə də yeni sözləşmə imzalamaq niyyətindədir.

Qeyd edək ki, karyerasında bir çox uğura imza atan Canluici Buffon "Yuventus"un heyətində 3 dəfə Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib. İtaliya millisinin sabiq üzvü cari mövsüm ümumilikdə 11 oyunda meydana çıxıb.