çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Liqa 1-in başa çatma tarixi açıqlandı

11.04.2020 19:55 Oxundu 575


Fransa Liqa 1-də hazırkı mövsüm iyulun 25-də yekunlaşacaq, gələn mövsüm isə avqustun 23-də başlayacaq.

Cempion.az "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Peşəkar Futbol Liqası qərar qəbul edib.

Digər idman yarışları kimi, Liqa 1 də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. 12 xal geridə olan "Marsel" isə ikinci yerdə gedir.