11.04.2020 22:35
551


İngiltərənin "Vest Hem" klubunun futbolçuları və məşqçilər korpusu maaşlarının gecikdirilməsinə razılıq veriblər.
Cempion.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, komandanın baş məşqçisi Devid Moyesin, klubun vitse-prezidenti Karen Bredi və maliyyə direktoru Endi Molletin məvaciblərinin 30 faiz azaldıldığı bildirilib.
Futbolçuların məvaciblərinin nə qədər azaldıldığı isə açıqlanmayıb. Bundan əlavə, klubun səhmdarları maliyyə sabitliyini qorumaq üçün 30 milyon funt-sterlinq büdcəyə kömək edib.
Qeyd edək ki, bundan əvvəl İngiltərənin “Sauthempton” klubu da futbolçular və məşqçilərin məvaciblərini azaltmışdı.