çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

“Real” və “Barselona” 18 milyon avro itirəcək

12.04.2020 10:36 Oxundu 599


Beynəlxalq Çempionlar Kubokunun ləğv edilməsi İspaniyanın “Real” və “Barselona” klublarına 18 milyon avroya başa gələcək.

Cempion.az qrumun rəsmi sayıtına istinadən xəbər verir ki, “Real” və “Barselona” yayda Beynəlxalq Çempionlar Kuboku turniri çərçivəsində Las Veqasda bir oyun keçirməyi planlaşdırırdı.

Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku koronavirus pandemiyasına görə bir mövsümlük ləğv edilib.