bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Keçmiş "Fənərbaxça"lıdan Kavaniyə transfer məsləhəti

12.04.2020 12:00 Oxundu 526

Mövsüm sonunda PSJ ilə müqaviləsi bitəcək olan Edinson Kavaninin yeni adresi maraqla gözlənilir. Uruquvaylı futbolçunun transferi ilə bağlı yağın dostu Dieqo Luqano açıqlama verib.

Cempion.az xəbər verir ki, Club Octubre radiyosuna danışan keçmiş "Fənərbaxça"lı futbolçu bunları deyib: "Kavaninin "Boka Xuniors"a transfer olacağı danışılır. Amma hücumçu Arqentinaya getməmişdən əvvəl mənimlə "San-Paulu"ya gedəcək".

Xatırladaq ki,  Dieqo Luqano Brazilya klubunun idarəçilərindən biridir.

Qeyd edək ki, Kavani PSJ formasıyla bu mövsüm 14 oyuna çıxıb, 4 qol vurub.