12.04.2020 18:00
538

"Qalatasaray" ən çox maaş alan futbolçusu Radamel Falkaodan mükafatlarından imtina etməsini istəyəcək.
Cempion.az xəbər verir ki, İstanbul təmsilçisi illik bonusları ümumilikdə 1,5 milyon avro olan kolumbiyalı futbolçudan fədakarlıq gözləyir.
34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur.
Qeyd edək ki, Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.