12.04.2020 19:30
573

İspaniyanın "Levante" klubunun futbolçuları maaşlarının azaldılmasına razı olublar.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionat başa çatmasa, məşqçilər korpusu və oyunçuların maaşları 20 faiz azaldılacaq.
Qarşılaşmaların boş tribunalar önündə keçiriləcəyi təqdirdə isə məvaciblər 3 faiz aşağı enəcək.
Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona", "Atletiko", "Real Madrid" kimi klublar futbolçuların maaşlarını azaldıb.