12.04.2020 20:34
578


"Qarabağ”ın mərakeşli müdafiəçisi Faysal Rerras böyük ehtimalla, yayda Ağdam təmsilçisindən ayrılacaq.
Cempion.az xəbər verir ki, İtaliya "Benevento”su Türkiyə "Çaykur Rizespor”u və Kipr AEL-i sol cinah müdafiəçisi ilə maraqlanır.
Bundan əlavə, adı açıqlanmayan Azərbaycan təmsilçilərindən biri də menecerlər vasitəsi ilə Rerrasla ünsiyyət qurmağa çalışıb. Həmin klub əməkhaqqı məsələsində ortaq məxrəcə gələ biləcəkləri halda, onu gələn mövsümdən heyətdə görmək istəyir.
Vəziyyətdən asılı olaraq "Qarabağ” Rerrası sata və ya tərəflər rəsmi anlaşmanı qarşılıq razılıq əsasında vaxtından əvvəl poza bilər.
Qeyd edək ki, müdafiəçinin "Qarabağ"la olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.