
Ölkəmizdə "Zirə" və "Səbail"də çıxış etmiş və hazırda karyerasını Kipr çempionatlnda davam etdirən əlcazairli yarımmüdafiəçi Bilal Həmdi sportinfo.az-a müsahibə verib. Cempion.az həmin müsahibəni sizə təqdim edir:
- Hazırda vətənindəsən yoxsa Kiprdə?
- Vətənimdəyəm
- Koronavirusla bağlı orda vəziyyət necədir?
- Digər ölkələrdə olduğu kimi Əlcazairdə də vəziyyə eynidir. Karantin elan olunub. Hər yer bağlıdır.
- Kiprə nə vaxt qayıtmağı düşünürsən?
- Çempionatın taleyi ilı bağlı xəbər gözləyirəm. Ondan sonra qayıdacam.
- Yeni klubunda işlərin necə gedir?
- İşlərim yaxşı gedir. Klub məndən razıdır.
- Ölkəmizdəki karyeran da pis alınmırdı. Niyə buranı tərk etdin?
- Mən ayrılmaq istəmirdim, amma pul problemi yaranmağa başladı və mən də ayrıldım
- Dəvət olunarsa, yenidən bura qayıtmağa hazırsan?
- Əlbəttə. Amma hazırda belə bir təklif yoxdur.
- Futbolumuzu izləmək imkanın olur?
- Bəli, izləyirəm. Orda hələ də dostlarım var. Buna görə də diqqət çəkən məqamları izləyirəm.
- Kipr çempionatı ilə Azərbaycan çempionatını müqayisə etsək, hansı daha güclüdür?
- Fərqli çempionatlardı. Azərbaycanda daha çox texnika və ağıl futboluna üstünlük verilir. Amma Kipr çempionatı daha güclüdür.