bazar, 11 may 2025

BİZİM FUTBOL

Mario Souza: "İnternetdə "Xəzər Lənkəran"ın oyunlarına baxıram - MÜSAHİBƏ

13.04.2020 14:00 Oxundu 1192

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mario Souza Cempion.az-a müsahibə verib:

- Mario, necəsən, nə işlə məşğulsan?
- Sağ olun, yaxşıyam. Hazırda Braziliyadayam.
- Yəqin futbol sahəsində çalışırsan...
- Bəli. Futbolçu karyeramı başa vurandan menecer kimi çalışıram.
- Yəqin virus sənin də işlərinə mənfi təsir edib...
- Sözsüz. Bu elə virusdur ki, bütün dünyaya yayılıb. Hər yerdə çempionatlar dayandırılıb. Ona görə bizim işimiz də xeyli passivləşib. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşəcək.
- Azərbaycan futbolu ilə maraqlanırsan?
- Əlbəttə imkan daxilində maraqlanıram. Bilirəm ki, "Qarabağ" son  illərin əvəzolunmaz çempionudur. Rəqabətin olmaması yaxşı hal deyir. 8 komanda da azdır. Bizim dövrümüzdə komanda sayı və rəqabət daha çox idi.
- "Xəzər Lənkəran"lı günləri xatırlayırsan?
- Təbii. O günləri xatırlamamaq mümkün deyil. İndi də arada internetdə "Xəzər Lənkəran"ın oyunlarına baxıram. 
- Menecer kimi Azərbaycan klublarla ilə işləmək fikrin var?
- Əgər Azərbaycan klubları mənimlə əməkdaşlıqda maraqlı olsa, mənmuniyyətlə. Brazliyada yetərincə yaxşı futbolçular var, hansı ki Azərbaycan çempionatıma rəng qata bilər.