419
"Mançester Siti"nin yeni transferi, gənc oyunçu Marlos Moreno növbəti mövsümdə çıxış edəcəyı komandası ılə bağlı fikirlərini bildirib. O deyib ki "Mançester Siti" dünyanın ən güclü klublarından biridir. Moreno: "Belə bir komandada oynamaq mənim üçün böyük məsuliyyət və şərəf demək olacaq. Xüsusi ilə Qvardiolanın rəhbərliyi altında oynamaq hər oyunçuya nəsib olmur. Qvardiola dünyanın ən yaxşı məşqçilərindən biridir və o həmişə gənclərə üstünlük verməyi sevir. Belə hesab edirəm ki, onun rəhbərliyi altında karyeramın ən gözəl günlərindən birini yaşayacağam",-deyib.
Yeri gəlmişkən onu da deyək ki, Marlos Moreno ilə "Mançester Siti" 5 illik anlaşma imzalayıb. Kolumbiya əsilli 19 yaşlı gənc hücumçu Moreno ölkəsinin əsas yığma komandasında oynayır.
Hazırladı: Əziz Mustafa