bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Daqliş evə buraxıldı

13.04.2020 12:56 Oxundu 669


Koronavirusa yoluxan "Liverpul"un əfsanəvi futbolçusu və baş məşqçisi Kenni Dalqliş evə buraxılıb.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şotlandiyalı veteran futbolçu müalicəsini evində davam etdirəcək.

Qeyd edək ki, Dalqliş 1977-1990-cı illərdə "Liverpul"da çıxış edib. O, 1985-1990-cı illərdə komandada oynayan məşqçi olub. Məhz bu müddətdə "Liverpul" 3 dəfə Premyer Liqanın, iki dəfə isə İngiltərə kubokunun qalibi olub. Mersisaydlılar son dəfə 30 il əvvəl Dalqlişin rəhbərliyi ilə İngiltərə çempionu adını qazanıb.