bazar, 11 may 2025

BİZİM FUTBOL

Səbailin qapçısı: "Çempionat may ayından tez bərpa olunmayacaq"

13.04.2020 12:15 Oxundu 778


"Bizim 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa olunsa, bu, yəqin ki, mayın sonları - iyunun əvvəllərindən tez baş verməyəcək". 

Cempion.az xəbər verir ki, bunu "Səbail" klubunun qapıçısı Aleksandr Rıbka "zbirna.com"a müsahibəsində deyib. 33 yaşlı qolkiper hamının Premyer Liqanın bərpasında maraqlı olduqlarını vurğulayıb: "UEFA bəyan edib ki, çempion və mükafatçılarını indidən müəyyənləşdirən ölkələr avrokuboklardan kənarlaşdırıla bilər. "Qarabağ" və "Neftçi" kimi klublar üçün qitəmiqyaslı yarışlarda iştirak maliyyə baxımından sərfəlidir. Ona görə də burada hamı çempionatın bərpasında və sona çatdırılmasında maraqlıdır". 

Ukraynalı legioner karantin dövründə klubda maaşların azaldılma söhbətinin olmadığını da açıqlayıb. 

Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir.