13.04.2020 17:00
758

Koronavirusun ən çox zərər vurduğu ölkələrdən biri də İtaliyadır. Bu ölkədə yoluxma və ölüm halları həddindən artıq çoxdur. Görülən sərt tədbirlər nəticəsində İtaliyada koronavirusa yoluxma halları artıq səngiməyə doğru gedir.
Cempion.az xəbər verir ki, A seriyasının davam etdirilməsi ilə bağlı müzakirələr də başlayıb.
Klubların mayın əvvəlindən məşqlərə başlayacağı güman edilir. Amma A seriyası bərpa olunsa belə, azarkeşlər stadionlara gedə bilməyəcəklər.
İtaliya mətbuatı iddia edir ki, dövlət qurumları təhlükəsizliyin tam bərpa olunması üçün fanatların 2021-ci ilə qədər stadionlara buraxılmasına qadağa tətbiq edəcək.