bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

"Beşiktaş"ın futbolçusu "Feyenoord"a keçmək istəyir

14.04.2020 10:30 Oxundu 718


"Beşiktaş"ın yarımüdafiəçisi Jermeyn Lens karyerasını ölkəsi Niderlandda davam etdirə bilər.

Cempion.az xəbər verir ki, 33 yaşlı futbolçu "Feyenoord"la danışıq aparır.

Niderland millisinin üzvü Erediviziyaya qayıtmaq üçün Rotterdam təmsilçisinə güzəşt etməyə hazırdır. Lens Niderlandda "AZ Alkmaar", "Neymegen" və PSV-də çıxış edib. Təcrübəli oyunçu 2017-ci ildə "Fənərbaxça"dan "Beşiktaş"a keçib.