bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

Romero rəmzi komandaya namizəd oldu

14.04.2020 12:39 Oxundu 722


İspaniyanın “Albasete” klubunda XXI əsrin ən yaxşı “11-liy”inə namizədlər müəyyənləşib.

Cempion.az xəbər verir ki, bununla bağlı ölkənin “5maseldescuento” nəşri sorğu keçirir.

40 futbolçudan ibarət siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romeronun da adı var. 30 yaşlı ispaniyalı 2008/2009 mövsümündə çıxış etdiyi “Albasete”də 36 oyuna 3 qol vurub. Bu, Romeronun ilk klubu olub.

Qeyd edək ki, hazırda “Albasete”də Azərbaycan millisinin üzvü Eddi İsrafilov çıxış edir. 2019-cu ilin avqustundan bu komandanın şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçinin adı siyahıya daxil edilməyib.