14.04.2020 13:00
1479


Azərbaycanda bir sıra stadionlar var ki, dağılmaq təhlükəsi ilə üz-üzədir.
Cempion.az xəbər verir ki, belə stadionlardan biri də Qazax stadionudur.
Bir vaxtlar “Göyəzən” bu stadionda hə SSRİ, həm də Azərbaycan çempionatının oyunlarını keçirib. Təəssüf ki, 10 minlik stadion hazırda çox bərbad gündədir. Ot örtüyü tamamilə saralıb. Tribunalar, soyunub-geyinmə otaqları, inzibati otaqlar yararsız haldadır. Əldə etdiyimiz məlumata görə stadionla bağlı yerli icra hakimiyyətinə bir neçə dəfə müraciət olunsa da cavab bu olub ki, təmir üçün vəsait yoxdur.