bazar, 11 may 2025

DÜNYA FUTBOLU

Klublararası dünya çempionatı bu tarixdə keçrilə bilər

14.04.2020 18:36 Oxundu 799


Koronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatının təqribi keçirilmə vaxtı müəyyənləşib.

Cempion.az AS nəşrinə istinadən xəbər verir ki, mundial 2022-ci ilin iyununda təşkil oluna bilər.

Yarış 2021-ci il 17 iyun - 4 iyul tarixlərinə nəzərdə tutulurdu. Amma AVRO-2020-nin növbəti ilə təxirə salınması klublararası dünya çempionatının da vaxtının dəyişməsinə səbəb olub.

Qeyd edək ki, turnir yeni formatda və 4 ildən bir keçiriləcək. İştirakçılarının sayının 7-dən 24-ə yüksəldiləcəyi gözlənilir.