bazar, 11 may 2025

DÜNYA FUTBOLU

"İnter" Martinesə qiymət qoydu

14.04.2020 20:00 Oxundu 1092


İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesin transfer dəyərini müəyyənləşdirib.

Cempion.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “neradzurra”nın argentinalı hücumçu üçün 111 milyon avro tələb etdiyi bildirilib.

“İnter” Martinesi bu qiymətə satmağa hazırdır. 22 yaşlı hücumçu ilə “Barselona”, “Çelsi” və “Mançester Siti” yaxından maraqlanır.

Qeyd edək ki, “İnter”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Martines, bu mövsüm A Seriyasında 22 oyunda 11 qolla yadda qalıb.