bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

Balotelli Türkiyə klubunun hədəfində

15.04.2020 11:00 Oxundu 831


İtaliya futbolunun ulduzlarından olan Mario Balotelli yeni mövsümdən etibarən Türkiyənin "Qalatasaray” klubunun heyətinə keçə bilər.

Cempion.az xəbər verir ki, "Qalatasaray” "İtaliyanın "Breşiya” klubunun oyunçusu Mario Balotellini heyətinə cəlb etmək üçün danışıqlara başlayıb.

Türk klubunun təklifi ikiillik müqavilədir.

Xatırladaq ki, Balotellinin cari müqaviləsinin müddəti növbəti mövsümün sonunda bitir. Oyunçunun agenti Mino Rayolo təklifə müsbət yanaşdıqlarını bildirib.